Günəş batareyalı təyyarə Yer kürəsi ətrafında uçuşa çıxıb

Şəklin mənbəyi, EPA

Günəş batareyaları ilə işləyən təyyarə Əbu-Dabidən havaya qalxaraq Yer Kürəsi ətrafında uçuşa başlayıb.

Təyyarəni idarə edən pilotlar bu tipli təyyarələr üçün Yer ətrafı uçuşlar üçün dünya rekorduna nail olacaqlarına ümid edirlər.

Solar Impulse-2 adlı yüngül çəkili təyyarə Birləşmiş Ərəb Əmirlikləri ərazisindən havaya qalxaraq şərqə doğru Oman istiqamətində səyahətə başlayıb.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service

Təyyarənin Yerin ətrafında 5 aya dövrə edəcəyi planlaşdırılıb.

Pilotlar istirahət və təyyarənin təmiri üçün marşrut boyu müxtəlif məntəqələrdə eniş edib dincəlməyi nəzərdə tuturlar.

Bir-birini növbə ilə əvəzləmək şərtilə aparatı 2 isveçrəli pilot idarə edəcək – Andre Broshberg və Bertran Pikar.

Təyyarənin iki qanadının ümumi uzunluğu 72 metr təşkil edir, bu, Boeing təyyarələrinin qanadlarının ümumi uzunluğundan çoxdur, Günəş enerjisilə işləyən aparatın çəkisi isə cəmi 2,3 tondur.