Şəkillərdə: Doğuş sonrası ilk anlar

Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəlmiş körpələrin həyatının ilk anları fotolentə alınıb.

CESAR # 10 Steven
Şəklin alt yazısı, Fransalı fotoqraf Christian Berthelot qeysəriyyə kəsiyi əməliyyatı vasitəsilə dünyaya gələn körpələrin həyatının ilk anlarını lentə alıb. (Steven, 21 dekabr 2013-cü il, 16:31-da doğulub, çəkisi 2.425kg, fotosu doğuşdan 15 saniyə sonra çəkilib)
CESAR # 19 Romane
Şəklin alt yazısı, Uşaqların hamsı qeysəriyyə əməliyyatı nəticəsində doğulub və dünyaya gəldikdən dərhal sonra, yeni həyatlarının ilk anları, ilk saniyələri lentə alınıb. Romane, 20 May 2014-cü ildə, 10:51-də doğulub, çəkisi 2.935kg, lentə doğulandan 8 saniyə sonra alınıb)
CESAR # 13 Kevin
Şəklin alt yazısı, Müəllif fotolarında yeni insanın dünyaya gəlişinin unikallığını, təkrarsızlığını və eyni zamanda bu prossesin ağrılığını və cazibəliyini çatdıra bilib. (Kevin 27 dekabr 2013-cü ildə 10:36-da doğulub, çəkisi 4.366kg, doğulandan 13 saniyə sonra lentə alınıb)
CESAR # 9 Mael
Şəklin alt yazısı, 'Cesar' foto layihəsinə 2013-cü ildə start verilib. Doğuş zamanı cərrahların yanında dura bilmək üçün Berthelot həm həkimlərdən, həm də gələcək analardan icazıə almalı olub.(Maël 13 dekabr 2013-cü ildə saat 16:52-də doğulub, çəkisi 2.800kg, doğulandan 18 saniyə sonra lentə alınıb)
CESAR # 2 Liza
Şəklin alt yazısı, Şəkillərdə əks olunmuş körpələrdə kimi dünyaya sakit, kimi səs-küylə gəlib, lakin onların hamısı hamısı doğuşdan sağ-salamat çıxıb, Berthelot qeyd edib. (Liza, 26 fevral 2013-cü ildə saat 08:45-də doğulub, çəkisi 3.2kg, lentə doğulduqdan 3 saniyə sonra alınıb)
CESAR # 4 Louann
Şəklin alt yazısı, CESAR layihəsi "Circulation(s) Festival of Young European" adlı festival çərçivəsində həyata keçirlib. Foto-sərgi Parisin Centquatre mərkəzində bu ilin martın 5- dək davam edəcək. (Louann, 12 aprel 2013-cü ildə saat 08:40-da doğulub, çəkisi 3.574kg, doğulduqdan 14 saniyə sonra lentə alınıb)