İslam Dövləti İraqda ABŞ hava bazası yaxınlığındakı şəhəri ələ keçirib

Şəklin mənbəyi, Reuters

İslam Dövləti (İD) qruplaşması İraqda, ABŞ hərbi bazasından 8km məsafədə yerləşən şəhəri ələ keçirib, Pentagon deyir.

ABŞ rəsmiləri əl-Bağdadi şəhərinin İD-nin nəzarətinə keçməsinə əhəmiyyət verməyib. Bu şəhər Ain əl-Əsəd hava bazasına yaxındır.

Cümə günü Ain əl-Əsəd bazasının özü İD-nin hücumuna məruz qalıb lakin silahlılar dəf edilib, rəsmilər deyir.

Bu vaxtadək əl-Bağdadi şəhəri, Anbar vilayətində İraq ordusunun nəzarəti altında olan axırıncı şəhərlərdən biri idi.

"Perspektiv"

Pentagon sözçüsü John Kirby deyib ki, hadisəyə geniş perspektivdən baxmaq lazımdır.

Bu, son bir neçə ay ərzində ilk dəfədir ki, İD yeni əraziləri ələ keçirib, o deyib.

İD-ə qarşı mübarizədə ABŞ quru qoşunlarını göndərməli olacaqmı? BBC-nin Vaşinqtondakı müxbiri Naomi Grimley deyir ki, cümə günü baş verən hücum nəticəsində rəsmi Vaşinqtonda bəziləri bunu yenidən sual etməyə başlayıblar.