FIFA prezidentliyinə 4 iddiaçının namizədliyi təsdiqlənib

Şəklin mənbəyi, AP

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının Seçki Komissiyası təşkilatın prezidentliyə 4 namizədin adını açıqlayıb.

Onlardan biri beynəlxalq futbol qurumunun hazırkı rəhbəri Sepp Blatterdir.

O nüfuzlu idman təşkilatına 1998-ci ildən bəri başçılıq edir.

FİFA prezidentliyinə iddia edən namizədlər siyahısında həmçinin Portuqaliya yığmasının sabiq kapitanı məşhur futbolçu Luis Figo, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Niderlandın milli futbol qurumunun başçısı Michael van Praag-ın adlarını görmək olar.

Seçkilər mayın 29-da keçirilməlidir.