Şallaq və həbs cəzası alan səudiyyəli bloqçunun işinə "yenidən baxılacaq"

Səudiyyə Ərəbistanında 10 il həbsə və 1000 şallaq cəzasına məhkum edlmiş bloqçu və siyasi fəal Raif Bədəvinin işinə yenidən baxılacaq, onun xanımı BBC-yə bildirib.
Cümə günü "Azad Səudiyyə Liberalları" saytının təsisçisi olan fəala qarşı növbəti şallaq cəzasının icrası "tibbi səbəblərə görə" təxirə salınıb. Bu barədə Twitter vasitəsilə Amnesty International təşkilatı bildirib.
Bədəvi ötən həftə 50 şallaq alıb.
2012-ci ildə dinin təhqiri, kibercinayət və atasına tabe olmamaqda ittiham edilən bloqçu həbsə alınıb. Ötən il məhkəmə onu 1 milyon rial məbləğində (266 min dollar) cərimə 10 il həbs və 1 min şallaq cəzasına məhkum edib.
