İraq əsgərləri "Dhuluiya şəhərini İslam Dövlətindən geri alıblar"

Dhuluiya

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Məlumata görə, Dhuluiya-nı İslam Dövlətinin nəzarətindən azad etmək üçün əməliyyat bazar günü başlayıb

İraq hökumətinin əsgərləri və müttəfiq Şiə döyüşçüləri Bağdadın şimalında yerləşən Dhuluiya şəhərini İslam Dövləti (İD) döyüşçülərindən geri alıblar, ordu mənbələri məlumat verir.

İraq ordusunun Samarra Əməliyyatlar Komandirliyindən bir mənbənin verdiyi məlumata əsasən, döyüşdə 300-dək İD döyüşçüsü öldürülmüşdü.

Məlumatlar müstəqil mənbədən təsdiqlənməyib.

İD döyüşçüləri Dhuluiya-nın şimal hissəsini iyunda zəbt edib, yerli Sünni tayfa İD-ə birləşməkdən imtina edəndən sonra isə İD şəhərin cənub hissəsini mühasirəyə alıb.

Bundan sonra ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərən hökumət qüvvələri tədricən cihadçıları paytaxtdan şimala və qərbə doğru uzaqlaşdırıb.

Dhuluiya-nı İslam Dövlətinin nəzarətindən azad etmək üçün əməliyyat bazar günü İraq helikopterləri və döyüşçü təyyarələri vasitəsilə başlayıb, polis və yerli sakinlər bildirib.