Şəkillər: 2014-cü ilin elmi icmalı

Sona çatmaqda olan ilin elm və təbiət sahəsində yadda qalan hadisələrinə həsr olunmuş foto icmal.

Comet 67P/Churyumov-Gerasimenko ESA
Şəklin alt yazısı, Günəş sistemində 10 illik səyahətdən sonra Avropa kosmik agentliyinin Philae robot gəmisi Churyumov-Gerasimenko kometinə eniş etdi. Kosmik apparatın ilk dəfə olaraq kometə kimi obyektin üzərinə müvəffəqiyyətli enişi elmi aləm tərəfindən tarixi hadisə kimi qeyd olundu.
The 10-meter South Pole Telescope and the BICEP 2 (Background Imaging of Cosmic Extragalactic Polarization) Telescope at Amundsen-Scott South Pole Station is seen against the night sky with the Milky Way
Şəklin alt yazısı, İlin ən mühüm elmi nailiyyətinə çevriləcəyi güman edilən nəzəri iddianın kökünə daha bir "balta çapıldı". Mart ayında ABŞ-ın BICEP elmi qrupu kainatda Böyük Partlayışdan (Big Bang) dərhal sonra başlamış kosmoloji prosseslərin izini saxlayan güşə aşkar etdiyini bildirmişdi. Lakin bu heyrətamiz iddianı bir müddətdən sonra digər elmi qruplar heçə endirdi. Onlar kainatımızdakı kosmik tozun əhəmiyyətinin BİCEP tərəfindən nəzərə alınmadığını bildirərək irəli sürülmüş kosmoloji nəzəriyyənin elmi əhəmiyyətini xeyli zəiflətmiş oldular.
The United Launch Alliance Delta IV Heavy Rocket with NASA’s Orion spacecraft mounted atop, lifts off from Cape Canaveral Air Force Station"s Space Launch Complex 37 in Florida, 5 December 2014
Şəklin alt yazısı, NASA-nın yeni Orion kosmik gəmisi dekabrın 5-də sınaq uçuşu rejimində kosmosa qalxaraq Yer kürəsi ətrafında 2 dəfə dövr edərək Sakit Okeanın Meksika sahilinə yaxın hissəsində eniş edib.
Scientists Synthesize First Functional "Designer" Chromosome in Yeast
Şəklin alt yazısı, Bu il təzə yaranmaqda olan sintetik bilologiya sahəsində çalışan alimlər ilk dəfə olaraq sintetik maya xromosomu yaratdıqlarını elan ediblər. Orijinal təbii xromosomda alimlər təbii genləri sintetik genlərlə əvəz etdikdən sonra, həmin xromosom müvəffəqiyyətlə yenidən maya hüceyrsinə yeridilmişdir.
Divers find the remains of the Yucatan girl, dubbed Naia in a flooded limestone chamber on the Yucatan Peninsula. PAUL NICKLEN, NATIONAL GEOGRAPHIC
Şəklin alt yazısı, Meksikada qədim dövrlərdə yaşamış yeniyetmə qızın sümük qalıqları aşkar edilib. Bu tapıntı Amerika qitəsinin insan tərəfindən məskunlaşması tarixinə əlavə işıq salmış olub. Təxminin 15-16 yaş arası olmuş həmin qədim yeniyetmə qızın 12,000 il əvvəl yaşadığı müəyyən edilib.
Spectators watch the fireball from the explosion of the unmanned Orbital Sciences Corp."s Antares rocket and Cygnus cargo capsule seconds after liftoff
Şəklin alt yazısı, ABŞ-da, Virginia ştatındakı kosmodromdan pilotsuz avtomatik rejimdə Beynəlxalq Kosmik Stansiya istiqamətində start almış təchizat raketinin havaya qalxması ilə partlaması bir oldu..
A northern white rhinoceros named Angalifu that died on Sunday is seen in this San Diego Zoo Safari Park
Şəklin alt yazısı, Kaliforniyada San Diego zooparkında ağ rəngli kərgədan öldükdən sonra dünyada bu növ heyvanların cəmi beşi qalıb. 44 yaşı olan Angalifu adlı erkək kərgədanın qocalıq səbəbindən öldüyü dildirilib. Heyvanlardan biri Kaliforniyada, digəri Çex republikasında və daha üçü Keniya qoruğunda qalmaqdadır..
Professor Maryam Mirzakhani via Stanford shows her on the university's campus
Şəklin alt yazısı, ABŞ-da çalışan iranlı riyaziyyatçı elmi nailiyyətlərinə görə Fields medalı ilə təltif olunmuş ilk qadın olub. Professor Məryəm Mirzəxani kompleks həndəsə sahəsinə həsr olunmuş elmi işlərinə görə mükafata layiq görülüb.
Eric Betzig. JANERIK HENRIKSSON/epa
Şəklin alt yazısı, 2014-cü ilin kimya sahəsində Nobel mükafatına optik mikroskopların gücünün artırılması sahəsində təqiqat aparmış üç alim layiq görülüb. Eric Betzig , Stefan Hell və William Moerner işıq mikroskopunun gücünü artırmaq üçün fluoressensiya effektindən istifadə ediblər.
The SpaceX Dragon commercial cargo craft is grappled by the International Space Station's Canadarm2 robotic arm.
Şəklin alt yazısı, California SpaceX şirkətinin istehsalı olan pilotsuz Dragon yükdaşıyan gəmi müvəffəqiyyətlə Beynəlxalq Kosmik Stansiyaya (ISS) birləşib. Astronavtlar gəmini stansiyaya robot əl vasitəsilə çəkib yaxınlaşdıra biliblərş
Law enforcement officers take a closer look at the wreckage near the site where a Virgin Galactic space tourism rocket, SpaceShipTwo in Southern California's Mojave Desert
Şəklin alt yazısı, Virgin Galactic şirkətinin kosmik apparatı Mojave səhrası üzərində sınaq eniş zamanı parçalanaraq yumşaq eniş əvəzinə yerə çırpılıb. Nəticədə pilotlardan biri ölüb, digər pilot ağır yaralanıb. Enişin video yazısının təhlili apparatın tormozlama sisteminin vaxtından əvvəl işə salındığını göstərib.