FIFA Dünya Çempionatına ev sahiblərinin seçilməsi barədə cinayət elanı edib

Şəklin mənbəyi, all sport getty

Futbol üzrə Dünya Çempionatında iddia olunan korrupsiya haqqında iki il davam edən istintaqdan sonra FIFA İsveçrənin baş prokuroruna "cinayət elanı" ərizəsini verib.

Şikayət 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri seçən şəxslərlə bağlıdır.

Buna baxmayaraq, FIFA deyib ki, bu addım Rusiya və Qətərin seçilməsinə mənfi təsir göstərməyəcək.

FIFA-nın etika üzrə hakimi Hans-Joachim Eckert israrlıdır ki, seçilmə prosesini tam olaraq sual altında qoymaq üçün kifayət qədər dəlil yoxdur.

Ötən il FIFA-nın idarəetmə komitəsindən istefa verən Alexandra Wrage bu addımı tənqid edib.

Michael Garcia

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Amerikalı vəkil Michael Garcia korrupsiya iddiaları barədə iki il davam edən araşdırma aparıb

BBC Radio 5 kanalına danışan xanım Wrage deyib: "Bu, cavab verməkdənsə daha çox sual yaradır.

İstəyirlər ictimaiyyət qəbul etsin ki, İsveçrədə şikayət qaldırmaq üçün kifayət qədər dəlil var, Dünya Çempionatını etibardan salmağa isə kifayət qədər dəlil yoxdur. Sadəcə məntiqsiz görünür".

Ötən həftə cənab Eckert-in buraxdığı 42 səhifəlik hesabatda Rusiya və Qətərin qanunsuz hərəkət etmədiyi bildirilib və onların 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahilbliyi edəcəkləri təsdiq olunub.

İsveçrə prokurorluğuna göndərilən həmin hesabat, iki il ərzində korrupsiya iddialarını araşdıran amerikalı vəkil Michal Garcia tərəfindən tənqid olunub.

Cənab Garcia iddia edib ki, hesabatda "bir sıra natamam və yanlış" məlumat var və o, FIFA-ya şikayət edəcəyini bildirib.

FIFA Michael Garcia-nın araşdırmasının nəticələrinin ictimaiyyətə tam şəkildə açıqlanmasına çağırışları rədd etməyə davam edir.