Britaniya mənzərələri müsabiqəsinin qalibləri - şəkillərdə

“Britaniya mənzərələri – 2014” fotomüsabiqəsində qalib gələn şəkillər “Peak District” Milli Parkındakı dumanlı səhərdən tutmuş süpürgə kolu ilə örtülən Yorkşaya Mur bozqırları kimi müxtəlif görüntüləri əhatə edir.

"A Beginning and an End", Glenco, Şotlandiya. Müəllif - Mark Littlejohn
Şəklin alt yazısı, Britaniya boyu minlərlə adamın qatıldığı müsabiqədə baş mükafata Qlenko dağlarında leysan yağışlardan sonra əmələ gəlmiş kiçik çayı əks etdirən mənzərə layiq görülüb. “Gözəlliyin axar anları"nı əks etdirən “Beginning and an End” - "Başlanğıc və son" adlı işin müəllifi Kumbriyadakı Penrit şəhərinin sakini Mark Littlejohn-dur.
Heather in Bloom, Şimali Yorkşaya. Müəllif - John Robinson
Şəklin alt yazısı, “VisitBritain” və “Countryside is GREAT” turizm və mədəniyyət təşkilatları ilə birlikdə verilən mükafatlar arasında Britaniyaya baş çəkməyə həvəsləndirən nominasiya da olub. Bu sahədə mükafatı Yorkshire qraflığı üzərində Günəşin qüruba enməsini əks etdirən şəklə görə Peterli şəhərindən John Robinson qazanıb.
Sunrise at Winnats Pass, İngiltərə. Müəllif - Sven Mueller
Şəklin alt yazısı, Müsabiqənin xarici iştirakçılarından “VisitBritain” təşkilatının təsis etdiyi ‘Dəvət edilirsiniz’ mükafatına, Peak District Milli Parkının mənzələrinə görə almaniyalı Sven Mueller layiq görülüb.
London Bridge stansiyası, İngiltərə. Müəllif - Stephen Bright
Şəklin alt yazısı, Stephen Bright "London Bridge" qatar stansiyasındakı platformaların mənzərəsinə görə mükafata layiq görülüb. Bu iş Dəmir Yolunun “Lines in the Landscape“ - Təbiətdə dəmir yolları xüsusi nominasiyasında qalib gəlib.
Parys Mountain, Wales. Müəllif - Sam Reilly
Şəklin alt yazısı, Anglesey təpələrində gəzintiyə çıxmış anasının şəkilini çəkən 17 yaşlı Sam Rielly İlin Ən Gənc Fotoqrafçısı nominasiyasında müsabiqənin qalibi elan olunub. Şəkil ağ-qaradır.
Durdle Door, Dorset. İngiltərə - Jake Pike
Şəklin alt yazısı, Dorsetdəki dəniz sahilində məşhur Durdle Door adlı təbii arkanı axşam çağlarında çəkən Jake Pike “Gənc klassik mənzərə" kateqoriyasında qalib gəlib.
Quşarmudu - Berkshire, İngiltərə - Robert Oliver
Şəklin alt yazısı, Nyuberridə quşarmudu ağacının təsviri Robert Oliver-ə “Sənin mənzərən” kateqoriyasında mükafat gətirib.
Bright Eyes - Hope Valley from the Great Ridge, İngiltərə. Müəllif - Dave Fieldhouse
Şəklin alt yazısı, “Klassik mənzərə” kateqoriyasında qalib gələn Great Ridge dağ silsiləsindəki Hope Valley vadisinin fotomənzərəsini Dave Fieldhouse çəkib.
Şeffild Universiteti, The Arts Tower. Müəllif - Daniel Cook
Şəklin alt yazısı, Daniel Cook Şeffild Universitetinin The Arts Tower qülləsi şəkilinə görə “Şəhər mənzərəsi” kateqoriyasında qalib gəlib.
Fred 'n' Sue - Brighton, İngiltərə. Müəllif - Jo Teasdale
Şəklin alt yazısı, “Mənzərəni yaşa" kateqoriyasında mükafata “Fred 'n' Sue” şəkili layiq görülüb. Jo Teasdale onu Brighton şəhərində çəkib. Qalib gələn işlər Dekabrın 1-dən etibarən Londonun Waterloo stansiyasında sərgilənəcək.