Kadırov "xütbələr yayan" interneti tənqid edib

Şəklin mənbəyi, AFP
Çeçenistan prezidenti “hər bir vəhhabi xütbə"sinin yayıldığı internet şəbəkəsinin bağlanmasını tələb edib.
Ramzan Kadırov deyib ki, qlobal şəbəkə gənclərin düzgün tərbiyyə edilməsinə mane olur.
"Elə vaxtlar var idi ki, mən respublikamızda internetin işləməsini arzu edirdim. Lakin mən artıq onun kəsilməsinin tərəfdarıyam. Hər bir evdə internet var”, - Ramzan Kadırov deyib.
“Hər bir adam həh-hansı vəhhabinin xütbəsinə dinləyə bilər. Hətta mənim evimdə öz övladım belə bir xütbəyə rast gələ bilər”.
Kadırovun sözlərinə görə internetin kəsilməsi siyasi, iqtisadi və sosial cəhətdən mənfi addımdır lakin bu qantökmənin qarşısını almağa yönələn qərar ola bilərdi.
Son zamanlar Rusiya KİV-lərində internetin məhdudlaşdırılması barədə müzakirələr fəallaşıb.
Rusiya hakimiyyəti dəfələrlə internetin tənzimlənməsinə ehtiyac olduğunu bildirib.
