Lionel Messi vergidən yayınma ittihamları ilə məhkəməyə cəlb olunur

Lionel Messi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İddia olunur ki, vergidən yayınma 2007-2009-cu illər arasında baş verib

İspaniya hakimi qərar verib ki, Argentina millisi və Barcelona klubu ulduzu Lionel Messi vergidən yayınma ittihamları ilə məhkəməyə cəlb olunacaq.

Dövlət ittihamçısı hakimə tövsiyə etmişdi ki, Messiyə qarşı ittihamlar ləğv olunsun, çünki onun gəlirlərinə atası nəzarət edirdi. Amma hakim bu tövsiyəni rədd edib.

Lionel Messi və atası Jorge hakimiyyəti aldadaraq 4 milyon avro (3,93 milyon AZN) ödəməkdən yayınmaqda ittiham olunurlar.

Hər iki şəxs ittihamları rədd edir. Onlar beş gün ərzində qərar haqqında apellyasiya şikayəti verə bilərlər.

İddia olunur ki, vergidən yayınma 2007-2009-cu illər arasında baş verib.