"Qazprom" Avropa üçün qazın qiymətini və həcmini azaldacaq

Qazprom

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qazprom Qərbi Avropa ölkələrinə və Türkiyəyə qaz ixracı həcmlərini və qiymətini azaldır.

Rusiyanın "Qazprom" şirkəti 2014-cü ildə Qərbi Avropa və Türkiyə üçün qaz təchizatının həcmini 2% azaltmağı nəzərdə tutur – 161,5 milyard kubmetrdən 158,4 milyard kubmetrədək.

"Qazprom"-dan verilən xəbərə görə kieçən il Rusiya qaz konserni Qərbi Avropa və Türkiyədəki müştərilərinə mavi yanacağın 1000 kubmetrini orta hesabla 387 dollara təklif edib.

Qaz nəhənginin təxminlərinə görə 2014-cü ildə Avropa ölkələrinə və Türkiyəyə ixrac edilən qazın orta qiyməti 1000 kubmetr üçün 372 dollaradək enəcək.