Monqolustanda qartalla ova çıxan 13 yaşlı qız - şəkillərdə

Monqolustanda yaşayan 13 yaşlı qız dünyada bəlkə də qızıl qartalla ova çıxan yeganə qızdır. Onun ovçuluq məharətini Asher Svidensky fotolentə alıb.

Ashol-Pan qartalı ilə ova çıxıb
Şəklin alt yazısı, Monqol qızını qartalla ova çıxdığı zaman lentə alan fotoqrafçının təbirincə, onun ovunu müşahidə etmək heyrətamiz mənzərədir. "Onu qartalla izləmək heyrətamizdir", fotoqrafçı deyib. Fotoqrafçının sözlərinə görə, qartalla birgə Ashol-Pan adlı ovçu qızın özünü daha rahat, daha arxayın, və bəlkə də daha güclü hiss etdiyi aydın sezilir. Foto: Asher Svidensky / Caters News Agency
Ashol-Pan qartalı ilə məşq edir. Asher Svidensky / Caters News Agency
Şəklin alt yazısı, Uşaqların əksəriyyəti, Svidensky-nin sözlərinə görə, qızıl qartallardan qorxur. Qərbi Monqolustanda qazax oğlanlarına 13 yaşından qartalla tülkü və dövşan ovlamağı öyrədirlər. Svidensky, həmin oğlanların və Ashol-Pan adlı qızın fotolarını çəkib.
Ashol-Pan dağ başında qartalı ilə. Asher Svidensky / Caters News Agency
Şəklin alt yazısı, Qərbi Monqolustanda Altay sıra dağları. Bu bölgədə qızıl qartalla ova çıxan yeganə ovçular yerli qazaxlardır. Qazax ovçularının sayı bugün 400 nəfərə çatır. Ashol-Pan ölkənin tanınmış ovçusunun qızıdır. Ola bilsin ki, o, ölkənin yeganə qadın ovçusudur.
AShol-Pan qartalı ilə dağın zirvəsində. Asher Svidensky / Caters News Agency
Şəklin alt yazısı, Qartalla ova gedənlər qışın -40C şaxtasında belə ova çıxırlar. Ova başlamaq üçün ovçular atın belində dağın başına çıxırlar. Zirvədən ətrafdakı heyvanları daha yaxşı görmək olur. Ovçular ova qrup şəkildə yollanır. Şikarı gördükdə onun dalına düşüb qovaraq açıq əraziyə çıxarırlar. Eyni zamanda da qartalı buraxırlar. Qartal heyvanın öhdəsindən gələ bilməyəndə isə digər bir qartalı onun köməyinə göndərirlər.
Ashol-Pan qartalını əzizləyir// Caters News Agency
Şəklin alt yazısı, Qazaxlar ov üçün qartalı yırtıcı quş bala çağında olarkən yuvasından aparıb təlimləndirməyə başlayırlar. Ovda dişi qartallardan istifadə edilir, çünki onlar daha ağır çəkili olurlar. Ov qartalının çəkisi 7 kg, qanadlarının ümumi uzunluğu isə 2,3 metrə çata bilər. İllərlə ovçuya xidmət edəndən sonra qazaxlar qartalı azadlığa buraxır. Sonuncu dəfə buraxanda isə ovçu hədiyyə kimi qartalı üçün dağın başında kəsilmiş qoyun cəsədi qoyur. Beləliklə, qazaxlar qartalları canlı təbiətə qaytarır kı, bu quşların nəsli kəsilməsin, Svidensky deyir.
Ashol-Pan məktəbdə/Caters News Agency
Şəklin alt yazısı, O, Ashol-Panı güləruz, yaraşıqlı bir qız kimi təsvir edir. Ovun bu növü ilə Monqolustanda ovun bu növü ilə 2000 ilə yaxın kişilər məşqul olub. Monqol qızının bu sənətə meyl etməsi isə görünür ki, müasir Monqolustanda baş verən dəyişiklərdən xəbər verir, fotoqrafçı və yazar Asher Svidensky qeyd edir.