Londonda Notting Hill karnavalı keçirilir - şəkillərdə

60-cı illərdə yaranmış, hər il Londonun Notting Hill rayonunda keçirilən Karib karnavalı bazar günü başlayıb.

Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Avropanın ən böyük küçə festivalı olan Notting Hill karnavalı Londonda keçirilib. Ənənəyə uyğun olaraq, karnaval avqust ayının son bazar günü başlayıb və bazar ertəsi davam edib. Karnavaldan şəkilləri BBC Rus xidmətinin müxbiri Mark Qriqoryan çəkib.
Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Karnavalın birinci günü, ənənəvi olaraq "uşaqların günü" adlanır. Yüzlərlə uşaq və yeniyetmə səhər saat 9-da başlayan və axşama qədər davam edən festivalda iştirak edir.
Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Gözlənilir ki, iki gün davam edən karnaval ərzində Notting Hill rayonuna milyona yaxın adam gəlib-gedəcək. Bu, Karib mədəniyyəti, yeməkləri, musiqisi və rəqslərinin bayramı hesab olunur.
Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Karnavalın tarixi 60-cı illərdə başlayıb. O zamanlar Karib ölkələrindən gələn icmalar Notting Hill rayonundakı zallarda, bu icmaların nümayəndələrinin yaşadıqları məkanlarda toplaşırdılar. İlk karnavalların şüarı - "Xalqın sənəti, onun azadlığının mənşəsidir" olub.
Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Karnaval iştirakçıları narahat idilər ki, pis hava onlara mane olacaq - şənbə günü Londonda leysan yağışlar yağıb. Amma bazar günü günortaya yaxın günəş çıxdı və karnaval yay havasında davam etdi.
Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Bazar günü karnavala ailəvi şəkildə gedirlər.
Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Ənənəyə görə karnavallarda kalipso musiqisi çalınır. Bu afro-karib musiqisinin kökləri, qulların plantasiyalarda oxuduqları musiqidədir. Qullar üçün danışmaq qadağan idi, beləliklə oxumaq - onlar üçün söhbət üsuluna çevrildi.
Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Vaxt keçdikcə Notting Hill karnavallarında reggae, funk və hip-hop musiqisi də çalınmağa başladı.
Foto: Mark Qriqoryan
Şəklin alt yazısı, Karnaval geyimləri adətən Afrika ənənələrinə görə hazırlanır - paltarlar təbii materiallardan, məsələn lələk, muncuq və balıqqulağından düzəldilir. Vaxtilə bu materialların hər bir birləşməsinin öz ruhi mənası var idi. Amma təbii ki, bu artıq unudulub.