Lady Gaga: "Təhqir tvitlərinizi durdurun!"

Lady Gaga
Şəklin alt yazısı, Lady Gaga pərəstişkarlarını məsuliyyətli olmağa çağırıb.

Məhşur müğənni Lady Gaga pərəstişkarlarından xahiş edib ki, tənqidçilərinə onlayn təhdidlər göndərməsinlər.

Pop ulduzu deyib ki, digərlərinə qarşı "nifrətlə dolu və ya təhqiramiz ifadələrə" göz yummayacaq.

Lady Gaganın bəzi fanatları Twitter vasitəsilə prodüser Deadmau5-i ölümlə təhdid edib. O, Gaganın sənətkar Marina Abramovic-lə birgə yaratdığı videonu tənqid etmişdi.

Pop qrupu One Direction həmçinin deyib ki, bəzi pərəstişkarlar sosial mediada "həddini aşırlar".

BBC-ə verdiyi müsahibədə qrupun üzvü Niall Horan fanatlara məsləhət görüb: "Nənənizin eşitməsini istəmədiyiniz şeyləri tvitləməyin."

"Sizdən xahiş edirəm, pozitivliyə doğru dəyişikliyə davam edəcəyinizə söz verəsiniz və bu hərəkətlərin düzgün olmadığını dərk edəsiniz", Lady Gaga fanatlarına ünvanladığı bloqunda yazıb.