Şəkillərdə: moken xalqı - dəniz köçəriləri

Norveçli fotoqraf Sofie Olsen mokenlərin həyat tərzilə tanış olmaq üçün Taylandla Myanmar arasındakı Surin adalarına baş çəkib.

Moken dalqıçları
Şəklin alt yazısı, Moken layihəsi dəniz köçərilərinin həyatına maraq oyandırmaq məqsədilə kinematoqrafçılar və dizaynerlər tərəfindən yaradılıb. Norveçli fotoqrafçı Sofie Olsen, Cənub-Şərqi Asiyadakı Surin adalarına gedərək moken xalqının həyat tərzilə tanış olub.
Moken dəniz dibində
Şəklin alt yazısı, Okeanla əlaqədar zəngin təcrübəyə malik mokenlərin həyatı sırf dəniz resurslarına bağllıdır və buna görə də nizə ilə sualtı balıq ovu böyük əhəmiyyətə malikdir.
Moken balıq ovlayarkən
Şəklin alt yazısı, Mokenlər mahir dalğıcdırlar. Onlar balıq ovlayarkən 20 metr dərinliyə dalıb nəfəs dərmədən bir neçə dəqiqə su altında qala bilirlər.
Moken dəniz dibindən ilbiz toplayır.
Şəklin alt yazısı, Gözləri dəniz suyu mühitinə adaptasiya olduğu üçün mokenlər arasında sualtı görmə qabiliyyəti olduqca inkişaf edib. Mokenlər dəniz dibində ağırlıq daşımadan sanki qurudakı kimi dolaşıb balıq ovlaya bilirlər.
Dəniz kənarındakı uzun gövdəli qayıq.
Şəklin alt yazısı, Əsrlər boyu dəniz həyatı sürən bu köçəri balıqçılar bu gün quruda yaşamağa və müasir iqtisadiyyata qoşulmağa təşviq edilir.
Mokenlər qayıqdan dənizə tullanırlar.
Şəklin alt yazısı, Bu gün bir çox moken davamlı olaraq sahildə yaşasa da bəzi ailələr uzun qayıqları ilə dənizə çıxıb günlər ərzində balıq ovlayırlar. Qayıqlarda palma örtükləri yeni kətanla, yelkən isə mühərriklə əvəzlənib.
Moken qadını dəniz kənarında ilbiz toplayır
Şəklin alt yazısı, Qadınlar suyun çəkildiyi vaxt sadəcə bıçaqdan istifadə edərək topladıqları dəniz ilbizlərini evdə düzəldilən səbətlərə yığırlar, hərçənd ki, bəzilərinin əllərində yeni plastik çəllək də görmək olar.
Moken palma yarpaqlarının bağlaması üzərində oturur
Şəklin alt yazısı, Balığı suyun üzərinə qaldırmaq üçün səthdən 70-80 metr dərinliyə hər iki metrdən bir palma yarpaqları bağlaması düzülmüş kəndir endirilir. Bu yolla buralara sığınan kiçik dəniz canlılarını ovlamağa gələn daha böyük balıqları tutmaq mümkün olur.
Moken balıq ovuna hazırlaşır
Şəklin alt yazısı, Balıqçı köçərilər minlərlə il ərzində xarici təsirə məruz qalmadan yaşayıblar. Lakin qərb mədəniyyətinə yönəlik arzu və xəyallar yerli icma və xüsusilə də gənc nəslə təsir yolunu tapmaqdadır.
Moken balıqçısı
Şəklin alt yazısı, Lakin hələ də faydalı qalan bəzi köhnə ənənələr aşkar nəzərə çarpır. 2004-cü ildə Hind Okeanında baş vermiş sunami vaxtı mokenler çox sayda adam xilas edə biliblər. Çünki onların ənənəvi inancı okean çəkildikdə yüksəkliklərə çıxmağı buyurur.
Surin adasındakı dayada yaşayan moken günorta yeməyini bişirir.
Şəklin alt yazısı, Sunamidən sonra bəzi mokenler dəniz sahilindəki nömrəli dəyələrdə yerləşdirilib. O vaxtdan bu yana ənənəvi həyat tərzlərini davam etdirmək imkanından məhrum olunmuş mokenlərin köçəri mədəniyyətləri sürətlə zəifləməkdədir.