Məhkəmə: Google axtarış kökləmələrini dəyişdirməlidir

Almaniya məhkəməsi ictimai xadimlərin şikayəti əsasında Google şirkətindən axtarış sətirində sözlərin avtomatik tamamlanma funksiyasının dəyişdirilməsini tələb edib.
Beləki, biznesmenlərdən biri sətirə öz adını yazarkən onun "kələkbaz" şəklini aldığını görüb.
Öz növbəsində məşhur siyasətçinin arvadı axtarış sətirinə yazdığı adının “fahişə” sözü kimi tamamlandığından dəhşətə gəlib.
İnternet nəhənginin nümayəndələri məhkəmə qərarının öyrənildiyini deyiblər.
