İran ABŞ-ın pilotsuz təyyarəsinin bənzərini qurmağa başlayıb

Pilotsuz təyyarə

Şəklin mənbəyi, AP

İran ABŞ-ın Sentinel pilotsuzkəşfiyyat təyyarəsinin sürətinin yaradılmasına başladığını bildirib.

Ötən ilin sonunda İran hərbiçiləri ölkənin hava məkanına daxil olan Sentinel ABŞ pilotsuz təyyarəsinin vurulduğunu bildirmişdilər.

İran rəsmilərinin təbirincə ABŞ kəşfiyyat təyyarəsi bənzərinin yaradılması üçün lazımi olan elmi-texniloji informasiya təyyarənin kompyuter proqram təchizatı yarəldıqdan sonra əldə edilib.

İran tərəfi aparıldığı tədqiqatdan sonra təyyarənin necə yaradılmasının təsəvvür etdiyini bəyanm ediblər.

ABŞ İranın təyyarənin üst örtüyünün sirrinin əldə edə biləcəyindən ehtiyyat edir. ABŞ texnologiyası ilə yaradılan həmin üst örtük təyyarəni radarlar üçün görünməz edə bilir.

ABŞ hərbiyyəsi həmin görümnəz təyyarələrdən Əfqanıstan və Pakistanda yaraqlı dəstələrin izlənməsi üçün geniş istifadə edir.