Axtarışda olarkən Bin Ladenin 4 uşağı dünyaya gəlib

Bin Ladenin ailəsi ilə yaşadığı evi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Abotabad qəsəbəsində Bin Ladenin ailəsi ilə yaşadığı ev.

Bu məlumatı Bin Ladenin Abotabad şəhərindəki gizli qaldığı evə ABŞ reydindən sonra həbs edilmiş uşaqların anası deyib.

Amerikada bir nömrəli terrorçu elan olunmuş Bin Ladenin ən gənc xanımı Amal Abdulfəttah iki uşağın dövlət xəstəxanasında doğulduğunu deyərək, orada yalnız 2-3 saat qaldığını bildirib.

Nyu York şəhərinə 9/11 hücumlarının təşkilatçısının başına qoyulmuş $25 milyonluq mükafata rəğmən o, 10 il ərzində gizlənməyə müvəffəq olub.

Pakistan təhlükəsizlik rəsmilərinə əsasən dindirilmələrdə Abdulfəttah mücahidlə ailə qurmaq istədiyi üçün 2000-ci ildə Yəməndən Əfqanıstana gələrək Bin Ladenə ərə getdiyini deyib.

Xanım Abdulfəttah Bin Ladendən bir müddət ayrı düşəndən sonra onunla yenidən Peşəvərdə görüşərək Pakistanın Svat vadisindəki iki yerdə məskən saldığını bildirib.

Ailə daha bir dəfə yeni yerə köçdükdən sonra 2005-ci ildən Abotabadda mənzilləşib.

Xanım Abdulfəttah Bin Ladenin gizləndiyi Abotabad evindəki digər 3 arvadı ilə yanaşı ölkəyə qanunsuz daxil olmaqda ittiham olunur.