Avropada güclü qar 60-dan çox insanın ölümünə səbəb olub
Şərqi Avropa boyunca güclü qar və havanın hər gün aşağı düşən dərəcəsi 60-dan çox insanın ölümü ilə nəticələnib.
Serbiyaya ciddi ziyan dəyib və ölkənin cənubunda fövqəladə vəziyyət elan olunub.
Qalın qar uçqunları yolları bağlayıb və elektrik təchizatını kəsib.
Avropanın bir çox yerlərində məktəblər bağlanıb, yollar keçilməz olub.
Bəzi yerlərdə temperatur mənfi 20 dərəcədən aşağı düşüb. Avropa boyunca bir çox yerlərdə fövqəladə sığınacaqlar açılıb. Hakimiyyət insanlara ehtiyatlı olmağı və yola çıxmamağı tövsiyə edib.
Polis evsiz insanların soyuqdan donub ölməməsi üçün onların axtarışına çıxıb.
Ukraynada 30 adamın öldüyü və 500 nəfərin donmadan həkimə müraciət etdiyi bildirilir.
İstanbulda güclü qar yeri qalın qar örtüyünə bürüyüb.
Burada bazar ertəsi səhərdən başlayan qar gün boyunca çoxalıb və şəhər üçün problemlər yaradıb.
Hakimiyyət deyir ki, İstanbul bazar ertəsi son 30 ildə ən soyuq gününü yaşayıb - havanın temperaturu mənfi 10 dərəcə olub.
Türkiyə Hava Yolları şirkəti İstanbuldan 180-dən artıq uçuşu ləğv etməli olub.
Qar gəmi nəqliyyatına da təsir edib və bir çox marşrutlar bağlanıb.
























