İsrail prezidenti ifrat mühafizəkarları tənqid edib
İctimai yerlərdə qadınların kişilərdən ayrılmasını tələb edən yüzlərlə yəhudi mühafizəkarının polislə toqquşmasından bir gün sonra Şimon Peres dini azlığın hərəkətlərini tənqid edib.
O, baş verənləri yalnız polis deyil, xalq üçün sınaq adlandırıb.
Hadisənin baş verdiyi Qüdsdə açıq-saçıq geydiyi deyilən 8 yaşlı qızın üzünə tüpürüldüyü xəbər verilib.
Prezident Şimon Peres qadın və qızları təhdid etməyə heç kəsin haqqı çatmadığını deyib.
Azlıq təşkil edən ifrat mühafizəkarlar icması yaşadıqları məhəllələrdə Tövratda buyrulan qaydalarla yaşamağı tələb edərək, xüsusən qadınların açıq-saçıq geyimlərinə etiraz edirlər.
Onlar qadın-kişi seqreqasiyasını təmin etməyə çalışırlar ki, bu hökumət tərəfindən qeyri-qanuni elan olunub.
