Türkiyədə qasırğada ölən və yaralananlar var

Videonun alt yazısı, Türkiyədə qasırğada ölən və yaralananlar var

Türkiyədə qasırğalı hava şəraiti İstanbul, İzmir və digər şəhərlərdə dağıntılar yaradıb.

İstanbulda pis hava şəraitinə görə azı 4 nəfər ölüb. 38 nəfər yaralanıb.

Ölənlərdən biri xarici vətəndaşdır. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.