You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Narahatıq" - Türkiyədə lirənin ucuzlaşması barədə nə düşünürlər?
Video açılmırsa, YouTube-da izləyin.
Türk lirəsində qeyri-sabitlik hələ də davam edir. Türkiyə mediasına görə, səhər Dollar/TL kursunun 3 faizdən çox yüksəlişi ilə açılıb.
Ötən gün ABŞ dollarının Türk lirəsinə nisbəti 13 rəqəmini üstələyib.
Müxalifət erkən parlament seçkilərinin keçirilməsinə çağırışları bir daha yada salıb.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan seçkilərin nəzərdə tutulduğu kimi 2023-cü ildə keçiriləcəyini bildirib.
"Önümüzdə 1,5 il var. Görüləcək işlərlə 2023-cü ilini yeni zəfər ilinə çevirəcəyik", Erdoğan deyib.
Müşahidəçilərə görə, hazırda Türkiyə iqtisadiyyatı 2001-ci ildən bəri ən böhranlı dövrünü yaşayır.