Əfqanıstan: Bir çox vətəndaş ölkədən qaçmağa çalışır - video

Video açılmırsa, YouTube-dan izləyin.

Əfqanıstanın paytaxtı Kabilin Taliban qruplaşması tərəfindən ələ keçirilməsindən sonra bir çox sakin hava limanına üz tutub və ölkəni tərk etməyə çalışırlar.

ABŞ əsgərlərinin Kabil beynəlxalq hava limanına və ABŞ və müttəfiqlərinin təxliyəsi üçün hava nəqliyyatına nəzarət etdiyi bildirilir.

Lakin kommersiya uçuşları dayandırılıb və buna görə yüzlərlə Əfqanıstan və digər xarici vətəndaşlar hava limanında gözləyirlər.

ABŞ mediası şahidlərə əsasən yazıb ki, bu gün hava limanında, sərnişin terminalında azı üç nəfər silahla öldürülüb. Atəşin hansı şəraitdə açıldığı məlum deyil.

Bazar günü bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Taliban Əfqanıstanın paytaxtı Kabili ələ keçirib və qalibiyyətini elan edib.