Britaniya mətbuatı: Qarabağ atlarının şousu "möhtəşəm idi"

London Qarabağ atı

Şəklin mənbəyi, Azertac

Oxuma vaxtı: 1 dəq

Londonda Qarabağ atlarının da qatıldığı ənənəvi "Royal Windsor Horse Show" - "Vindzor Kral Atçılıq Şousu" bu gün başa çatıb.

Mərasimi Böyük Britaniya Kraliçası II Elizabet və kral ailəsinin üzvləri izləyib.

Azərbaycan nümayəndə heyəti bu şouda "Xarı-Bülbül" adlı xüsusi şou-kompozisiya təqdim edib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-da izləyin.

İyulun 1-4-də keçirilən şouda Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun üzvləri Qarabağ atları üzərində çıxış ediblər.

Azərbaycanın təqdim etdiyi şouya Britaniya mediası da diqqət ayırıb.

Britaniyanın Daily Mail nəşri Azərbaycan atlılarının göstərdiyi tamaşanı "möhtəşəm" adlandırıb.

Bu şouya məhdud sayda tamaşaçının - cəmi 1000 nəfərin buraxıldığı qeyd olunub.

London Qarabağ atı

Şəklin mənbəyi, Azertac

Windsor qəsrinin ərazində təşkil edilən şouda Azərbaycan atçılarının nümayiş etdirdiyi performans - iki çapan at üstündə qadının şpaqat etməsi, sürətlə çapan atın belindən başıaşağı iki atlının asılmış vəziyyətdə hərəkət etməsi və digər çıxışlar Daily Mail tərəfindən "tamaşaçını məəttəl edən" ifadəsiylə səciyyələndirilib.

Nəşr Azərbaycanı insan tərəfindən atların əhilləşdirildiyi dünyanın ilk regionlarından biri olduğunu qeyd edib.