Kərbəla ziyarətinə gələnlər dezinfeksiya edilir

Video açılmırsa, YouTube-dan izləyin.

İraqın Kərbəla şəhərinə yüzlərlə ziyarətçi gəlib. Onlar Şiə imamı Məhəmməd əl-Məhdinin doğum gününü qeyd edən bayram mərasimlərində iştirak edirlər.

Qızıl Aypara Cəmiyyəti şəhərə gələnləri dezinfeksiya edir.

İnsanlar İmam Hüseyn və İmam Abbasın məqbərələrinin yerləşdiyi küçələrə toplaşırlar.