You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Londonda və Parisdə etirazlar polislə qarşıdurmaya gətirib çıxarıb - şəkillər
London və Parisdə "Black Lives Matter" şüarı altında keçirilmiş etirazların iştirakçıları, eləcə də polis zorakılığı və irqçiliyə qarşı çıxan fəallarla onların aşırı sağçı opponentləri və polis arasında toqquşmalar olub.
Kütləvi nümayişlər keçirməmək barədə rəsmilərin çağırışlarına baxmayaraq minlərlə insan şənbə günü Londonun mərkəzinə axışıb. Etirazçılarla polis arasında qarşıdurma olub, xəsarət alanlar barədə məlumatlar var.
Parisdə isə Black Lives Matter hərəkatının və solçu fəalların təşkil etdiyi icazəsiz yürüşü dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. "Ədalət yoxdursa - barışıq yoxdur" şüarı altında keçirilən aksiyada 15 mindən çox insan iştirak edib, aksiya iştirakçıları polisə daş atıblar.