Ekvadorda koronavirusdan ölüm sayı “az göstərilir”
XƏBƏRDARLIQ: Görüntü sarsıdıcı ola bilər!
Ekvadorda Covid-19-dan ölənlərin sayı 6000-dək azaldılmış ola bilər.
"Aprel ayının ilk 15 günündə Guayas əyalətində 6703 ölüm halı olub
Burada isə aylıq ölüm səviyyəsi adətən orta hesabla 2 minə yaxın olur.
Yəni 15 gündə həmişəkindən artıq, 5700 çox ölüm baş verib", koronavirusa qarşı birgə qərargahdan Jorge Wated deyir.
İndiyədək Ekvador Covid-19-a görə ölüm sayını 400-dən artıq göstərib.
Guayas Latın Amerikasında koronavirus mərkəzinə çevrilməkdədir.





