İngiltərədə yaşayan azərbaycanlı həkim: COVID-19-un vaksininin tapılmasına "hələ çox var"

Videonun alt yazısı, İngiltərədə yaşayan azərbaycanlı həkim: COVID-19-un vaksininin tapılmasına "hələ çox var"

Azərbaycan əsilli Esmira Cəfərova Londonda xəstəxanada pediatr kimi çalışır.

O, həm yeni doğulan uşaqların reanimasiya şöbəsində işləyir, həm də yaşı böyük uşaqlara ambulator tibbi yardım göstərir.

Esmira Cəfərova çalışdığı xəstəxanada koronavirusa yoluxmuş ana və uşaqların izolyasiya edildiyini deyir.

Onun sözlərinə görə, uşaqlar bu virusa çox vaxt doğulduqdan sonra, ana ilə təmasdan sonra yoluxur.

Videonu müxbirlərimiz Vüsal Həmzəyev və Günel Səfərova hazırlayıb.