İlin mənzərə fotoqrafı müsabiqəsindən şəkillər

Rusiyalı fotoqraf Oleq Yerşovun müəllifi olduğu dörd fotoəsər "İlin Peyzaj Fotoqrafı-2019" beynəlxalq sərgisində birinci yeri tutub.

Cənab Yerşovun çəkdiyi fotolar dünya üzrə 840 fotoqraf tərəfindən müsabiqədə iştirak üçün göndərilmiş 3400 fotoşəkil arasında rəqabətdə birincilik qazanıb.

Yuxarıdakı və aşağıda göstərilmiş fotolarda İngiltərə və İslandiya mənzərələri təsvir olunub.

"Sadəcə, səhərin açılmasını seyr etmək mənə böyük mənəvi qüvvət verir", - o deyir.

Cənab Yerşov həvəskar fotoqrafdır, əsas qazancını təmin edən iş yeri isə yemək paylayıcı şirkətdədir.

O, peyzaj fotoloranı İslandiya, Şotlandiya və ABŞ-ın cənub-qərbində çəkməyi daha çox xoşlayır.

"Fotoqrafiyaya olan marağım 2007-ci ildə ilk DSLR kameramı aldığım və ABŞ-ın cənub-qərbində bir fotosilsilə çəkdiyim andan başlayıb. Təbiət mənzərələri, rənglər və görüntülər məni heyrətləndirir."

Fransalı fotoqraf Magali Chesnel aşağıdakı fotoşəklə görə mükafata layiq görülüb. "Yol duzu yığımı" adlanan şəkil lentə Fransanın Le Salin de l'ile Saint Martin adlı duz mədənində lentə alınıb.

Digər mükafatçılar:

İkinci yer: Sander Grefte, Niderland

Üçüncü yer: Adam Hoszang, Macarıstan

Bu il müsabiqədə yeni təsis edilmiş xüsusi mükafatlar da verilib.

Tənha Ağac mükafatı: Anke Butawitsch, Almaniya

Göy Buludumükafatı: Brandon Yoshizawa, ABŞ

Yüksəklikdən çəkilən abstrakt şəkil üçün mükafat: Ignacio Palacios, Avstraliya

Canlı təbiət mənzərəsinə görə mükafat: Ricardo Da Cunha, Avstraliya

Qar və Buz mükafatı: Veselin Atanasov, Bolqarısatn

Müsabiqəyə təqdim olunmuş işlərdən, aşağıdakı da daxil, 101 ən yaxşısı qeyd olunub.

Müsabiqənin vebsaytında digər şəkillərə də baxmaq olar