You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Səudiyyə Ərəbistanında Kaşıkçının qətlinə görə 5 nəfərə ölüm cəzası verildi
Səudiyyə Ərəbistanı jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı 5 nəfərə ölüm cəzası kəsib, prokuror bildirib.
Hökumətin tanınmış tənqidçisi olan Kaşıkçı, Səudiyyə xəfiyyələrinin bir qrupu tərəfindən Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda ötən il qətlə yetirilmişdi.
Səudiyyə prokuroru adları açıqlanmayan 11 nəfərin məhkəməyə cəlb olunduğunu bildirərək, bunun "icazəsiz əməliyyat" olduğunu deyib.
Bundan əvvəl isə, BMT mütəxəssisi Kaşıkçının İstanbulda qətlini "sanksiyasız edam" kimi qiymətləndirib.
BMT-nin xüsusi məruzəçisi Agnes Callamard qətllə bağlı vəliəhd Məhəmməd ibn Salmanın araşdırılmasına çağırıb.
Məhəmməd ibn Salman işə hər hansı aidiyyəti olmadığını deyib, lakin oktyabr ayında o, Səudiyyə lideri kimi tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.