You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Küçə fotoqrafiyası: adiliyin izaholunmaz gözəlliyi
Magnum Photos beynəlxalq foto agentliyi küçə fotoqrafiyası janrında 300-dən çox fotoşəkil əsasında tərtiblənmiş Streetwise albomunu nəşr edib.
Alboma 1947-ci ildən bəri küçə fotoqrafiyası janrına aid olan şəkillər əlavə edilib.
"Küçə fotoqrafı olmaq üçün fotoqrafiyada reallığı hiss edə bilmək, həmin anı tutub lentə almağə bacarmaq lazımdır", - layihə kuratoru Stephen McLaren deyib..
Alboma bu janrın əsasını qoyan fotoqrafların əsərləriylə yanaşı (o cümlədən, 20-ci əsr realist fotoqraf-rəssam Henri Cartier-Bresson və klassik sənədli fotoqraf Robert Kapa), müasir sənədli fotoqrafiya ustaları olan - Kristofer Anderson, Newsha Tavakolyan və digərlərinin işləri daxil edilib.
Streetwise albomundan bəzi fotoşəkilləri təqdim edirik.