You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Kürdlər Türkiyəyə qarşı Suriya hakimiyyəti ilə razılığa gəlib
Kürd döyüşçüləri bildirir ki, Suriya hökuməti Türkiyənin kürdlərə qarşı hərbi müdaxiləsini dayandırmaq üçün ordunu şimal sərhədinə göndərməyə razılaşıb.
Suriyanın dövlət kütləvi informasiya vasitələri xəbər verib ki, hökumət qüvvələri şimala göndərilib.
Bu, ABŞ-ın qalan ordusunu "əlverişsiz" vəziyyətə görə ərazidən çıxarmasından sonra baş verib.
Ötən həftə başlayan Türkiyənin hərbi müdaxiləsi kürd qüvvələrini sərhəd ərazisindən kənarlaşdırmaq məqsədi daşıyır.
Bu bölgədəki ABŞ-ın əsas müttəfiqi olan kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındakı bölgələr həftə sonu ağır bombardmana məruz qalıb. Türkiyə iki əsas sərhəd şəhərində üstünlük əldə edib.
Hər iki tərəfdən onlarla mülki şəxs və döyüşçü həlak olub.
SDQ Suriyada özünü İslam Dövləti adlandıran hərbi qruplaşmaya qarşı mübarizədə qərbin əsas müttəfiqlərindən biri olduğu üçün Türkiyənin buraya hərbi müdaxiləsi və ABŞ-ın geri çəkilməsi beynəlxalq etiraz doğurub.
Lakin Türkiyə kürd qruplaşmalarının elementlərini "terrorçu kimi" gördüyünü deyir.
Türkiyə öz sərhəddindən Suriyanın 30 km içərisinə doğru "təhlükəsiz bölgə" yaratmaq istədiyini bəyan edib.
Bundan başqa Türkiyə həmin ərazidə 3 milyondan çox Suriya qaçqınını yerləşdirmək istəyir. Onların əksəriyyəti kürd deyil. Tənqidçilər bunun yerli kürd əhalisinin etnik təmizlənməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.