Trump-ın limuzini, korteji, helikopterləri və daha nələri: qrafiklərdə

Böyük Britaniyada 3 günlük rəsmi səfərə gələn ABŞ prezidenti Donald Trump görüşlərinə Buckingham sarayından başlayıb.

ABŞ prezidenti saraya helikopterlə gəlib.

Prezident Trump-ı Britaniyaya gətirən təyyarəni bəzən "uçan Ağ ev" də adlandırırlar.

Donald Trump-ı daşıyan limuzini kortej müşayiət edir.

ABŞ prezidenti kral sarayında yox, ölkəsinin Britaniyadakı rezidensiyasında gecələyir. Rezidensiya Londonun mərkəzindəki Regent parkında yerləşir.