You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
30 illik hakimiyyətdən sonra Sudan prezidenti Ömər əl-Bəşir devrilib
Sudanda hərbçilər hakimiyyəti ələ alıb, prezidenti həbs edilib, müdafiə naziri açıqlayıb.
Ölkənin müdafiə naziri Awad Ibn Ouf Sudanın dövlət televiziyasına deyib ki, 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir həbs edilib.
Hazırda Sudanda üç aylıq fövqəladə vəziyyət elan olunub.
Sudanda 1989-cu ildən hakimiyyətdə olan Ömər əl-Bəşirə qarşı etirazlar artıq bir neçə aydır ki, davam edirdi.
Müdafiə naziri "rejimin dəyişdirildiyini" və sabiq prezidentin təhlükəsiz yerdə saxlanacağını deyib.
O əlavə edib ki, Sudanın konstitusiyası, sərhədkeçmə məntəqələri növbəti təlimata qədər, hava nəqliyyatı isə 24 saatlıq dayandırılıb.