Türkiyədə qadınlar niyə hicabdan imtina edir?
Türkiyədə hicabı çıxarmağa qərar verənlər bu qərarın səbəbini, bu prosesi və yaşadıqlarını "Tək yerimə" (Yalnız Yürüməyəcəksin) adlı internet saytında paylaşırlar.
Melek Bilgili saytın müəlliflərindən biridir.
Melek universitetdə hicab və mühafizəkar həyatını sual-sorğu etməyə başlayıb.
BBC News Türkçə müxbiri Çağıl Kasapoğlu ilə söhbətində Melek Bilgili və "Tək yerimə" saytının təsisçiləri baş örtüyündən imtina etmək qərarına necə gəldikləri barədə fikirlərini bölüşürlər.
Həmsöhbətlərdən bəziləri şəxsiyyətlərini gizli saxlamaq istəyiblər. Onların səsi kompüter proqramı ilə dəyişdirilib.





