Roma Papası Francis İrlandiyada: "Kilsəyə görə xəcalət çəkirəm"

Roma Papası Francis Dublin qəsrində etdiyi çıxışında Katolik Kilsə iyerarxiyası üzvlərinin katolik rahiblər arasında pedofiliya halları haqqında susmalarına görə üzr istəyib.
Papa Francis-in təbirincə, Kilsə ayrı-ayrı rahiblərin iyrənnc cinayətlərinə lazımi tərzdə reaksiya verə bilməyib.
Argentina mənşəli Papa Francis "İrlandiyada Kilsə rəhbərliyi üzvləri tərəfindən səlahiyyət, etdiqad sui-istifadəsi və cinsi zəmində təhqirlərə yol verildiyinə görə" üzr istəyib.
Şənbə günü Roma Papası seksual zəmində edilmiş təcavüzkar hərəkətlərin qurbanlarından bəziləri görüşüb.
Bundan əvvəl İrlandiyanın baş naziri Leo Varadkar Roma Papasından pedofil kilsə xadimlərinə qarşı müvafiq ölçülərin götürülməsini tələb etmişdi.
Papanın İrlandiyaya ikigünlük səfəri Dublində katolik dindarlar qarşısında ibadətlə başa çatıb.
Roma Papasının son 39 ildə İrlandiyada etdiyi ilk səfəri sona yetib.


