Donald Trump mətbuata hücumları ilə nə əldə etmək istəyir?

Şəklin mənbəyi, Reuters
Keçən il ABŞ prezidenti Donald Trump ilk dəfə mətbuatı "xalq düşməni" adlandıranda böyük narazılıqla qarşılanmışdı. Bu, bəzi siyasətçilər tərəfindən Ağ Evin mətbuat azadlığına hücumu kimi qiymətləndirilmişdi.
Donald Trump bu sözləri ikinci, üçüncü və dördüncü dəfə təkrarlayanda isə, hamı sadəcə çiyinlərini çəkirdi. Bu, ABŞ prezidentinin unikal qabiliyyəti kimi görünür - əvvəl ağlasığmaz olan hərəkətlər və ya sözlər demək və onları adi hala çevirmək.
Buna baxmayaraq, Donald Trump-ın bu sözləri artıq başlıqlarda yer almasa da, jurnalistlər bunu yaxşı xatırlayır.
New York Times qəzetinin yayımcısı Arthur Gregg Sulzberger bu yaxınlarda Donald Trumpla görüşəndə onu jurnalistlərə hücuma son verməyə çağırmışdı, belə ki, onun sözləri mətbuat işçilərinə qarşı zorakılığa gətirib çıxara bilər.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
Görünən odur ki, mesaj ünvanına çatmayıb. Öz səhər tvitində Donald Trump yazıb ki, mətbuat ABŞ xalqının düşmanı adlandırılmasında özü günahkardır.
"Mətbuat azadlığı xəbərlərin dəqiq ötürülməsi məsuliyyətini özündə birləşdirir. Əldə etdiyimiz yüksək müsbət nəticələrə baxmayaraq mənim administrasiyamın fəaliyyəti haqqında yayılan xəbərlərin 90% -i mənfidir. Təəccüblü deyil ki, mətbuata inam heç vaxt olmadığı qədər aşağıdır" - Donald Trump yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2




