You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Misirdə 4 yaşında uşağa öpüş məhkəməsi
Misirdə 4 yaşında oğlan uşağı bağçadada qız dostunu öpmək ittihamı ilə məhkəməyə verilib.
Müraciətə baxan Misirdəki uşaq məhkəməsi ittihamın məqbul olmadığı səbəbilə dörd yaşında uşaq haqqında bəraət qərarı verib.
Yerli mediada çıxan xəbərlərə görə, 2017-ci ildə Misirin Beheira vilayətinin Hush İssa bölgəsində bir kişi bağçada 4 yaşlı qızının eyni yaşdakı bağça yoldaşı tərəfindən öpülməsi ilə bağlı prokurorluğa müraciət edib.
Prokurorluq müraciəti qəbul edərək məhkəməyə yönləndirib. Məhkəmə isə bu iddianın onun səlahiyyətləri xaricində olduğunu deyib.
Uşaq məhkəməsi isə ittihamların "məntiqsiz, axmaq və şəxsi motivasiya" ilə əlaqəli olduğunu deyərək ittiham olunan uşağa bəraət verib.
Yerli media yazır ki, qızın atası bu ittihamı iki ailə arasında yaşanan anlaşmazlıqlardan sonra hesablaşmaq məqsədilə irəli sürüb.