You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Avstraliyada yaşlı it ucqar ərazidə itmiş qız uşağını xilas etməyə kömək edib
Avstraliyada polis ucqar ərazidə itmiş 3 yaşlı qızın yanında bütün gecəni keçirən itin həmin uşağın tapılıb xilas edilməsində oynadığı həlledici rolunu qeyd edib.
Aurora adlı qızcığaz Queensland ştatındakı evindən çıxıb naməlum istiqamətdə gedib itəndən sonra, onun axtarışı üçün xeyli səylər göstərilib.
Aurora-nı 17 yaşı olan, görmə və eşitmə qabiliyyətini qismən itirən kar və kor, Max adlı qoca it müşayiət edib.
Ailəsi Auroran-ı axtarıb tapana qədər keçən 16 saat ərzində it qız uşağının yanında olub.
Aurora'-nın nənəsi Leisa Marie Bennett deyib ki, evdən təxminən 2 km məsafədə uşağın səsini eşidib.
"Təpəyə qalxanda it mənə yaxınlaşdı və düz nəvəmin yanına gətirdi", uşağn nənəsi Avstraliyanın ABC yayım şirkətinə bildirib.
Ailəsi bildirib ki, Avrora iti ilə birgə qayanın altında özünə sığınacaq tapıb, orada isə temperatur 15C dərəcə olub.
Auroran-ın axtarışında 100-dən çox xilasedici iştirak edib.
Polis Max adlı itin hərəkətini yüksək qiymətləndirərək ona "əməkdar polis iti" adı verib.
İt özünü niyə belə aparıb?
Yaşlı itlər insanla ünsiyyətə xüsusi əhəmiyyət verir, Max-ın hərəkətinin izahını verən professor Paul McGreevy qeyd edib.
Sydney Universitetinin əməkdaşı olan və heyvanların davranışı sahəsində ixtisaslaşan professor McGreevy hesab edir ki, yaşlı it uşağın stress vəziyyətinə düşdüyünü hiss edib.
"Balaca qız uşağı ağlayanda, itin onu sakitləşdərməyə çalışacağının ehtimalı yüksəkdir, - professor BBC-yə bildirib. - Belə hallarda ituşağın yanında olmaq və onu sakitləşdirməyə çalışmaq it üçün birnömrəli vəzifəyə çevrilir".