You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Skripalların zəhərlənməsi: Britaniya 23 Rusiya diplomatını ölkədən xaric edir
Rəsmi Moskva keçmiş kəşfiyyatçıya qarşı sinir sistemini zədələyən maddədən istifadə olunması ilə bağlı izahat verməkdən imtina etdiyinə görə Britaniya, 23 Rusiya diplomatını ölkədən xaric edəcək, Britaniyanın Baş naziri Theresa May bəyan edib.
Theresa May-in sözlərinə görə, bir həftə ərzində Britaniyanı tərk etməli olacaq diplomatların "elan olunmamış kəşfiyyatçı" olduqları müəyyən edilib.
Rusiya, Salisbury şəhərində keçmiş kəşfiyyatçı Sergey Skripal və onun qızı Yuliyanın qətlə yetirmək cəhdində iştirakını inkar edir.
Rusiya Theresa May-in ötən gecəyırısınadək verdiyi möhlət bitənədək bu işlə bağlı əməkdaşlığa başlamaq şərtinə əməl etməyib.