You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Müəllimlərin maaşı orta hesabla 46 manat 50 qəpik artıb
Müəllimlərin əmək haqqı təxminən 46 manat 50 qəpik artıb.
Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır, Təhsil Nazirliyi bildirib.
Prezident İlham Əliyevin orta təhsil müəssisələrində çalişan işçilərin əməkhaqlarinın 10 faiz artırılması ilə bağlı çərşənbə günü verdiyi sərəncamdan isə 240 min müəllim yararlanacaq, nazirlik açıqlayıb.
Təhsil Nazirliyindən BBC Azərbaycancaya verilən məlumata görə, 2014-cü ildən bu günə kimi 140 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Amma maaşın 10 faiz artımı diaqnostik qiymətləndirmədən keçməyənlərə də şamil olunur.
Sərəncamda əmək haqqı artırmının 2018-ci il martın birindən hesablanması göstərilib.
Prezidentin sərəncamına görə, dövlət büdcəsindən maliyyələşən elmi təşkilatlarda çalişan işçilərin də maaşı 10 faiz artırılıb.