İtiniz Rusiyada qar altında batıb qala bilərmı?

    • Müəllif, Olesya Volkova, Georgi Neyaskin
    • Vəzifə, BBC Rus xidməti

Yanvarın sonunda Rusiya şəhərlərinə güclü qar yağıb. Moskvada yanvarın 31-də yağmış qar 50 il bundan əvvəl qeydə alınmış rekord səviyyəyə yaxınlaşıb, Moskva meteoroloji xidmətinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova bildirib.

Amma Kazan və Tomsk şəhərlərində qar örtüyünün qalınlığı Moskvadakından daha böyükdür.

BBC-nin Rusca Xidməti Rusiya şəhərlərində qarın qalınlığı barədə məlumatları toplayaraq onları ev itlərinin ölçüləri ilə müqayisə edib.

Müqayisə üçün 5 it cinsi götürülüb: taksa, korgi, biql, uzuntüklü kolli və akita-inu.

İtlərin (və bir pişiyin) qarda şəkilləri

Göndərilmiş şəkillərə görə BBC Facebook istifadəçilərinə təşəkkürünü bildirir.