Şəkillər: Yeni il dünyada belə qarşılandı

Yeni, 2018-ci ili ilk olaraq Sakit okeanın Samoa, Tonqa və Kiribati adalarında qarşılayıblar. Yeni ili eləcə də Avstraliya, Yeni Zelandiya, Çin, Yaponiya və Hindistan, Britaniya sakinləri də artıq qeyd edib.

Yaponiya paytaxtı Tokioda, Odzi rayonunda Yeni ilin gəlməsi ilə bağlı "Tülkü paradı" keçirilib. Bu tədbir turistlərin və yerli sakinlərin böyük marağına səbəb olur.

Avstraliyanın Sydney şəhərində Yeni il heyrətamiz atəşfəşanlıq tamaşası ilə qarşılanıb. Bu tamaşanı 1 milyona yaxın adıam izləyib.

Atəşfəşanlıq 12 dəqiqə davam edib.

Atəşfənlıq şousu ilə 2018-ci il Sinqapurda da qarşılanıb..

Yeni Zelandiyanın Oakland şəhərində Yeni il şərəfinə təşkil edilmiş atəşfəşanlıq 5 dəqiqə ərzində davam edib.

Hindistanın Amritsar şəhərində Yeni ilin qeyd olunmasında yerli məktəb şagirdləri daha fəal iştirak ediblər.

Dehli sakinləri isə Yeni ili "Hindistanın qapısı" adlı abidənin önündə qarşılayıblar.

Almaniyada yeni ilə hələ bir neçə saat qalmış, paytaxt Berlinin sakinləri artıq Brandenburq darvazası önünə toplaşmağa başlayıb.

.