You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Fələstin: Qüdsün ABŞ tərəfindən tanınması sülh prosesinə "son qoyacaq"
Fələstinlilər bildirirlər ki, Qüdsün (Yerusəlimin) İsrailin paytaxtı tanınacağı barədə ABŞ prezidentinin gözlənilən bəyanatı Yaxın Şərqdə sülh prosesinə son qoyacaq.
Lakin İsrail hamını Donald Trump-ın ardınca eyni addımı atmağa səsləyib.
ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaq, Ağ Evin nümayəndəsi bəyan edib.
Amma rəsmi şəxslər bildiriblər ki, cənab Trump ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürtmək üçün dərhal hərəkət etməyəcək.
Xəbər cənab Trump-ın çərşənbə günü gözlənilən çıxışından əvvəl yayılıb.
Ərəb liderləri əvvəllər ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı xəbərdarlıq ediblər və onlardan biri bu addımın "müsəlmanlara qarşı hiddətləndirici bir təxribat" olacağını söyləyib.
İsraillilər və Fələstinlilər üçün müqəddəs yer olan Qüdsün statusu - son dərəcə mübahisəlidir.
İsrail hər zaman Qüdsü paytaxtı hesab edib, fələstinlilər isə Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olduğunu iddia ediblər.
ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, o, 1948-ci ildə dövlətin qurulduğu gündən bu yana ilk ölkəyə çevriləcək.