Zimbabve: Minlərlə insan Mugabe dövrünün başa çatmasına sevinir

Videonun alt yazısı, Zimbabve: Minlərlə insan Mugabe dövrünün başa çatmasına sevinir

Zimbabve paytaxtı Hararedə toplaşan minlərlə insan prezident Robert Mugabe-nin istefasını tələb edir.

Şənliyə çevrilən nümayiş gedişatında insanlar prezidentin hakimiyyətinə qarşı çıxan hərbçiləri salamlayır, BBC müxbiri xəbər verir.

Ordunun müdaxiləsindən sonra ev dustaqlığında qalan 93 yaşlı Robert Mugabe cümə günü ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxıb. O, istefa vermək niyyətində olmadığını bildirir.