100 Qadın: Ucqar yerlərdəki qadınlar kənd təsərrüfatı meyarlarını dəyişirmi?

Japanese agricultural worker in a rice field

Şəklin mənbəyi, BEHROUZ MEHRI / AFP

    • Müəllif, Valeria Perasso
    • Vəzifə, İctimai İşlər Müxbiri, WS Languages

"Kifayət qədər yamımız var, amma alıcımız yoxdur," Rosalina Ballesteros deyir.

Onun yaşayıb işlədiyi Kolumbiyanın şimalındakı dağlıq ərazi Montes de Maria-da bu ilki məhsul çox yaxşı olub - amma tələb aşağıdır və yamlar çürüyür.

Buna görə də icma, YouTube vasitəsilə kömək istəmək qərarına gəlib.

"Sizi yam alaraq bizə kömək etməyə dəvət edirik," Kolumbiyada geniş yayılan 40 saniyəlik videoda fermer deyir.

"Yamlar artrit, qəbzlik və menopoz üçün son dərəcə xeyirlidir," onun qadın fermer həmkarları məhsulu reklam edirlər.

Yam farmers in Colombia in a YouTube video

Şəklin mənbəyi, Fundacion Semana / YouTube

Şəklin alt yazısı, Kolumbiyalı qadınlara yam satmağa kömək etmək üçün hazırlanan Youtube videosu

Beş uşaq anası 32 yaşlı fermer Aynagül Abdrəhmanova da dəstək umur. Lakin o, yaşadığı Qırğızıstanın ucqar dağlıq kəndində yığım ilə məşğul olan qadınların özünə kömək qrupundan dəstək istəyir.

"Onlar mənə əkin zamanı və suvarma sisteminin qurulmasında kömək ediblər," xanım Abdrəhmanova deyir. O, hazırda pomidor, xiyar və yerkökü yetişdirir.

line
100 Women Challenge logo

100 Qadın nədir?

BBC 100 Qadın layihəsinə hər il dünya boyunca nüfuzlu 100 qadının adı daxil edilir. 2017-ci ildə biz, bu gün qadınların üzləşdiyi ən böyük dörd problemi həll etməyə çalışırıq - peşə baryeri, qadın savadsızlığı, ictimai yerlərdə təcavüz və idmanda cinsi ayrı-seçkilik.

Sizin köməyinizlə onlar həll yolunu tapa biləcəklər və buna görə də ideyalarınızı əsirgəməyin. Bizi Facebook, InstagramTwitterr-də tapın və #100Women həştəqindən istifadə edin.

line

Laosun şimalında xanım Vieng isə, dolanışığını Luang Prabang-da göbələk yetişdirməyə borcludur.

Onun icmasında vəhşi göbələklər ənənəvi olaraq qida kimi toplansa da, göbələkləri yetişdirmək barəsində heç kimin anlayışı olmayıb.

Ta ki, xanım Vieng və başqa sakinlər əkin ilə bağlı təlimlər alanacan. Artıq onların becərdiyi istridyə göbələkləri əyalət bazarlarında satılır.

Mushroom farmer in Laos

Şəklin mənbəyi, FAO / Oscar Castellanos

Şəklin alt yazısı, Xanım Vieng Luang Prabang-da göbələk yetişdirir

Müxtəlif ölkələrin fərqli fermalarında çalışan bu qadınlar, böyük bir cərəyanın - sayı artmaqda olan ucqarlardakı qadın işçilərin bir hissəsidir.

Orta hesabla qadınlar, inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı işçi qüvvəsinin 43%-ni təşkil edirlər. Artıq iyirmi ildən çoxdur ki, mütəxəssislər "kənd təsərrüfatının feminizmləşməyə" uğradığını müşahidə edirlər.

Kənd təsərrüfatının feminizmləşməsi ilə bağlı "artan dəlillər" mövcuddur, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ingiliscə FAO) 2016-cı ildə dərc etdiyi hesabatda deyilirdi. Buna ya kişilərin kənd təsərrüfatı işlərindən uzaqlaşması, ya da qadınların sektor tərkibində müxtəlif işlərə cəlb olunması səbəb olur.

"Dünyanın inkişaf edən cərəyanları göstərir ki, qadınların rolu böyükdür və onların kənd təsərrüfatındakı işçi tərkibi üzrə sayı getdikcə artır," FAO-nun İqtisadiyyat və Sosial İnkişaf Şöbəsinin siyasət üzrə məmuru Libor Stloukal deyir.

Ainagul Abdrakhmanova (left) with one of the women who helped with her harvest

Şəklin mənbəyi, UN Women / Meriza Emilbekova / JPRWEE

Şəklin alt yazısı, Aynagül Abdrəhmanova

Beynəlxalq Əmək Təşkilatının statistikasına əsasən, 2015-ci ildə iqtisadi baxımdan aktiv qadınların dörddə biri kənd təsərrüfatı ilə məşğul olub.

Lakin qlobal rəqəmlərdə regional fərqlər nəzərə alınmır.

Məşğulluğun ən mühüm mənbələrindən biri kimi kənd təsərrüfatı, kasıb ölkələrdə daha geniş yayılıb. Varlı ölkələrdə həm kişilər, həm də qadınlar sənaye və xidmət işlərinə daha çox üstünlük verirlər.

kənd təsərrüfatında qadınların artan fəaliyyəti

Bəs kənd təsərrüfatının feminizimləşməsi dünyanın hansı hissələrində daha çox yayılıb?

Göstəricilərə əsasən, Şimali Afrika ölkələrində kənd təsərrüfatı ilə məşğul olan qadınların sayı 1980 və 2010-cu illər arasında 30%-dən 43%-ə qalxıb. Eləcə də, Yaxın Şərqdə rəqəmlər 35%-dən 48%-ə yüksəlib. Suriya, İraq və Mərakeş kimi ölkələrdəki dəyişiklik isə kifayət qədər böyükdür.

Feminizmləşmənin izləri Şərqi və Cənub-Şərqi Asiya və Latın Amerikasında da gözə çarpır.

Cənubi Afrika ölkələrində təsərrüfatdakı qadınları sayı yüksək dərəcədə artmasa da, Lesoto, Sierra Leon və Mozambik kimi ölkələrdə say, 60%-i keçib.

Mütəxəssislər bu regionda təsərrüfatın tam feminizmləşdiyini sezə bilirlər.

1995-2010 müqayisə

Kişi miqrasiyasından doğan yük

Qadınların ferma və plantasiyalarda artan iştirakı pozitiv inkişaf kimi görünə bilər.

Belə ki, bəziləri əsas fermerə çevrilə və ya maaşlı işə sahib ola biləcəklər.

Bununla belə, sözügedən feminizmləşmə qadınların güc sahibi olduğu mənasına gəlmir.

Cərəyanın arxasında yatan əsas faktorlardan biri kişilərin xaricə miqrasiyasıdır.

"Qadınlara nisbətən, şəhərlərə ucqarda yaşayan gənc kişilər daha çox köçürlər," cənab Stloukal deyir.

"Feminizmləşmə daha çox ferma işlərinin boş qalması ilə bağlıdır. Çünki kişilər üçün sənaye və xidmət sektorundakı işlər daha gəlirlidir. Təbii ki, silahlı münaqişələr də kişilərə təsirsiz ötüşməyib."

Mütəxəssislər deyirlər ki, evdə qalan qadınlar kişi əməyini də yerinə yetirməyə məcbur olurlar.

qadınlar və iş yerləri

Ola bilsin ki, qadınlar hazırda təsərrüfat qüvvəsinin böyük hissəsini təşkil edirlər, amma bu cür çətin işlər özü ilə bərabər təhlükəsini də gətirir.

Qadınlar daha çox havayı, mövsümi və ya yarım ştat işlərlə təmin olunurlar.

Hətta daimi ödənişli işlərdə belə, "qadınlar daha çox gərgin əmək tələb edən və aşağı ixtisaslı vəzifələrlə təmin olunurlar və yerdə qalan rəhbər vəzifələri heç şübhəsiz ki, kişilər tutur," 2016-cı ildə Dünya Bankı tərəfindən edilən təhlildə göstərilib.

"Qadınlar təsərrüfatın bir hissəsi olsalar da, marketinq və pulu idarə edən kişilərdir," Kənd Təsərrüfatının Tədqiqi üzrə Beynəlxalq Mərkəzin (ingiliscə ICARDA) sosial və gender mütəxəssisi Dina Najjar deyir.

"Yapışqan döşəmə"

Eyni işə görə qadınların kişilərdən daha az pul qazandığını göstərən dəlillər mövcuddur. Bu təsirə "yapışqan döşəmə" deyilir ki, işdə aşağı vəzifələri tutan insanların ödəniş payı mənasına gəlir. Ən yüksək vəzifələr üçün isə "şüşə tavan" ifadəsi işlədilir.

Woman taking water from a well in Liwa, south of Abu Dhabi

Şəklin mənbəyi, KARIM SAHIB / AFP

Şəklin alt yazısı, Ucaq kəndlərin sakinləri çox zaman su və yanacaq əldə etmək üçün uzun məsafələqi qət etməli olurlar

Ucqar ərazilərdə gender üzrə gəlir bölgüsü haqqında məlumat məhdud olsa da, 14 ölkədən götürülən nümunələr qadınların 28% daha az məvacib aldığını göstərib.

Eləcə dəş. "məhsuldarlılıq boşluğu" mövcuddur ki, mütəxəssislərə görə, inkişaf etməkdə olan ölkələrdə qadın fermerlərin məhsuldarlılığı orta göstəricidən 20% - 30% daha aşağıdır. Buna səbəb isə ev işləri kimi göstərilir.

"Əksər cəmiyyətlərdə qadınlar həm də ev işi və uşaq böyütməklə mükəlləfdirlər," FAO deyir.

Ucqar ərazilərdə bu əlavə məsuliyyətlərdən savayı, su və yanacaq yığmaq kimi işlər, "qadınların gəlirli işlərlə daha az məşğul olmasına səbəb olur".

"Ənənəvi qaydaların hökm sürdüyü yerlərdə qadınlar üçün həm işləyib, həm də evdəki düzəni qorumağa çalışmaq çox çətindir," FAO-nun proqram köməkçisi Marie-Louise Hayek deyir.

Tunisian rural women prepare red peppers which are used in the making of harissa paste, in the Kairouan province south of Tunis

Şəklin mənbəyi, FETHI BELAID/ AFP/ Getty Images

Şəklin alt yazısı, Ekspertlər ərzaq mallarının hazırlanmasında da qadınlar üçün əlavə gəlir mənbəyi yaradn iş yerlərinin mövcud olduğunu deyirlər.

Kömək əli

Qadınların təsərrüfatdakı rolunun əlbəttə ki, faydaları da var.

"Mən artıq mövsüm dəyişikliyindən narahat deyiləm... Biz çətin zamanlarda gücümüzə güc qatan yeni məşğuliyyətlər ilə məşğul oluruq," mərkəzi Malidə yerləşən Baramadougou kəndində yaşayan dörd uşaq anası 28 yaşlı Sanihan Thera deyir.

Xanım Thera FAO-nun Mali və qonşu Burkina Fasoda layihəsi çərçivəsində "təsərrüfat dəsti" alan qadınlardan biridir. Dəstə toxumlarla yanaşı, nağd pul ödəmələri və qida təhlükəsizliyini artırmaq təlimləri də daxildir.

Sanihan Thera with her child in the village of Baramadougou, central Mali

Şəklin mənbəyi, FAO / Nadege Boro

Şəklin alt yazısı, Sanihan 13 nəfərlə bir evdə yaşayır və yaşayış şəraitinin çətin olduğunu deyir

Yeni üsullar malili bu qadınlara, kişilər mövsümi işlər zamanı uzaqda olarkən ailəni qida ilə təmin etmək imkanı verir.

"Biçin, aylar boyu qida ehtiyatını təmin edəcək qədər çox olacaq," xanım Thera deyir.

"Bəzi qadınlar deyir ki, bu onlara icmalarında səs haqqı verib," layihənin sözçüsü Fatima Səid söyləyir.

"Layihə sayəsində qadınlar, bir-birlərinə uşaq bəslənməsi və ailə çətinlikləri ilə bağlı məsləhət verdikləri forum yarada biliblər."

Women in the village of Baramadougou, central Mali

Şəklin mənbəyi, FAO / Nadege Boro

Şəklin alt yazısı, Malinin patriarxal cəmiyyətində qadınların daşınmaz əmlaka varis olmaları qadağandır

Beynəlxalq qurumlardan tutmuş QHT-lər və milli hökumətlərə qədər bir sıra təşkilatlar, daha az əmək sərfi üçün texnologiyalar və qadınlar üçün kredit xətlərinin qurulması naminə işlər aparırlar. Elə bu iki element, oyunun qaydalarını dəyişmək yolunda böyük rol oynayacaq.

Sosial gücün artması üçün ən vacib faktorlardan biri də torpaq sahibi olmaqdır. Təəssüf ki, sürətlə inkişaf edən dünyanın böyük hissəsində qadınlar kişilərlə bərabər mülk haqqına malik deyillər.

gender inequality

"Torpaq sahibi olmaq məsələsində əsas problem, resurs çatışmazlığıdır. Hər kəsin torpaq sahibi olması üçün kifayət qədər torpaq yoxdur və kişilərin bu resurs uğrunda yarışdıqları dünyada, qadınlar onu necə əldə edə bilərlər?" İCARDA-dan Dina Najjar deyir.

Məlumatın əlçatan olduğu istənilən ölkədə qadın təsərrüfat sahiblərinin - təsərrüfatın resursları və idarəsi ilə bağlı qərarlar verən insanlar - kişilərdən daha az olduğu üzə çıxıb.

"Dəlillər də göstərir ki, torpaq sahibi və idarəçi olmaq gücün təminatçısıdır," xanım Najjar deyir.

"Buna görə də siyasəti dəyişmək sadəcə bir başlanğıcdır. Lakin qadınların torpağa miras və ya başqa yolla yiyələnməsinin qarşısını alan sosial normalar üzərində dayanmadan işləmək lazımdır.

"Sosial normalar daim dəyişir və bu da dəyişə bilər", cənab Stloukal deyir.

A woman collects tobacco leaves near the village of Kukuryak, bULGARIA

Şəklin mənbəyi, DIMITAR DILKOFF / AFP

Fəqət, mütəxəssislər heç də kənd təsərrüfatının feministləşdirilməsi ilə qadınlar üçün açılan variantlar barədə ümidli deyillər.

"Ucqar işdə gənc nəslin olmadığı bizim ucqar ərazilərimizdəki kimi cəmiyyətlərdə, sosial normaları yaxın gələcəkdə dəf etmək heç də asan olmayacaq," xanım Hayek deyir.

"Təsərrüfatın feminizmləşdirilməsi gender boşluğunu doldurmağa kömək olacaq. Amma bunun üçün bir az vaxt lazımdır."