You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanın uşaq paralimpiyaçılarının boccia üzrə bürünc medalı
Rusiyada boccia idman növü üzrə keçirilən paralimpiya turnirində Azərbaycanın uşaq komandası bürünc medala sahib olub, Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) bildirir.
Trend agentliyi beynəlxalq turnirdə Rüfət Bayramov və Qismət Babayevin çıxışının komandaya ilk bürünc medal gətirdiyini xəbər verir.
AMPK-nin Facebook saytındakı məlumatına əsasən fərdi keçirilən yarışlarda Rüfət Bayramov 1/4 finala gədər yüksələ bilib.
"Komanda yarışında isə millimiz bürünc medala sahib çıxıb", - AMPK bildirir.
"Yarışlarda İngiltərə, Rusiya, Polşa və Çexiya kimi güclü komandaların idmançıları ilə uşaqlarımız mübarizə aparıblar".
Milli Paralimpiya Komitəsi nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi 2014-cü ildə yaradılıb.