You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şahzadə Diana-nın şəxsi əşyalarının sərgisi keçiriləcək
Şahzadə Diana-nın musiqi kasetləri və balet ayaqqabıları kimi onlarca şəxsi əşyası ölümünün 20-ci ildönümündə Buckingham sarayında nümayiş etdiriləcək.
1997-ci ildə Parisdə keçirdiyi avtomobil qəzası nəticəsində həlak olan Diana-nın nadir qəbul edilən şəxsi əşyalarının olduğu sərgi hər kəs üçün açıq olacaq.
Sərgidə şahzadənin oğulları şahzadə Harry və şahzadə William ilə olan şəkillərindən ibarət xüsusi bir kolleksiya da yer alacaq.
Sərgidəki bir çox əşyanı şahzədə Harry və şahzadə William seçib.
Şahzadə Diana-nın Kensington iqamətgahındakı otağındakı çalışdığı, kitab oxuduğu və rəsmi yazışmaları apardığı masa sərginin ən əhəmiyyətli əşyalarından biridir.
Diana-nın musiqiyə olan həvəsini anladan, aralarında Diana Rossi, Lionel Richie və Elton John-un albomlarının da olduğu kaset kolleksiyası da ziyarətçilərə təqdim olunacaq.
1 oktyabra qədər davam edən sərgidə kraliça Elizabeth-ə taxtda olmasının 65 illik münasibətiylə təqdim olunan hədiyyələrə də yer ayrılıb.