You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qətər böhranı: BƏƏ xəbər agentliyinə kibermüdaxiləni təkzib edir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər xəbər agentliyinə may ayında baş vermiş kibermüdaxiləyə aidiyyatı olması barədə məlumatları təkzib edib.
Haker hücumu barədə kəşfiyyat mənbələrinə istinad edən The Washington Post qəzeti xəbər verib.
Həmin yazıya görə Qətər əmirinə məxsus olduğu deyilən təhrikedici ifadələrin sayta yerləşdirilməsi arxasında BƏƏ olub.
Qətər əmiri onun adından yazılanların uydurma olduğunu bildirib.
Qətər hesab edir ki, ABŞ-da dərc edilmiş məqalə kiberhəmlənin baş verdiyini təsdiqləyir.
BƏƏ-nin xarici işlər naziri The Washington Post qəzetindəki xəbərin "həqiqətə uyğun" olmadığını deyib.
Hadisə Qətər və onun qonşuları arasında diplomatik qarşıdurmanı dərinləşdirib.